İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın iki rəsmi qəzeti birləşir –Biri fəaliyyətini tam dayandırır

Azərbaycanın iki rəsmi gündəlik qəzeti birləşir.

Medianews.az saytının bununla bağlı əldə etdiyi məlumatda “Respublika” qəzetinin fəaliyyətini dayandıracağı, kollektivinin bir hissəsinin “Xalq qəzeti”ndə işlə təmin olunacağı bildirilir.

Qeyd edək ki, hər iki qəzetin təsisçiləri Prezidentin İşlər İdarəsi və redaksiya kollektivləridir.

“Xalq qəzeti”nin əsası 1919-cu ildə qoyulub, “Respublika” qəzeti 1990-cı ildə yaradılıb.

Azərbaycanın daha iki rəsmi gündəlik qəzeti var: rusdilli “Bakinski raboçi” qəzetinin təsisçiləri Prezidentin İşlər İdarəsi və redaksiya kollektividir, “Azərbaycan” qəzeti isə Milli Məclisin nəşridir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR