Onlayn ictimai-siyasi qəzet
Ukrayna ordusunun bir hərbçisi "BILD" nəşrinə açıqlamasında Mirnoqrad istiqamətində vəziyyətin kritik olduğunu deyib.
Musavat.com xəbər verir ki, onun sözlərinə görə, şəhərdə ukraynalı bölmələr mühasirəyə düşüb və çıxış yolları nəzarət altındadır.
“Əmr verilsə belə, geri çəkilmək çətindir — çox az adam sağ çıxar. Bura faktiki olaraq tələdir,” — deyə döyüşçü bildirib.
Hərbçilər qeyd edirlər ki, bu şəraitdə iki real ssenari qalır: Azad edilməni gözləmək və ya ən pis halda əsir düşmək.
Situasiya şəhərin taleyinin hələlik qeyri-müəyyən olduğunu göstərir.
Musavat.com
05 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ