Onlayn ictimai-siyasi qəzet
“Stand Up” şousunun ulduzu, Rusiyada yaşayan əslən azərbaycanlı Yuliya Əhmədova özünə psixi pozğunluq diaqnozu qoyulduğunu etiraf edib.
Bu barədə o, "Natal Chart" şousunun yeni buraxılışında danışıb.
Komediyaçının sözlərinə görə, ona depressiyanın aktiv faza ilə əvəz olunduğu bipolyar affektiv pozğunluq diaqnozu qoyulub.
Əhmədova deyir: “Bir ay əvvəl mən ağır depressiyaya düşmüşdüm və xəstəxanada idim. Keçən həftə ordan çıxdım”.
Sənətçi əlavə edib ki, indi depressiyadan çıxıb, normal yatır, əhvalı düzdür. Əhmədova insanları depressiyaya məhəl qoymamağa, həkimə müraciət etməyə və antidepresan qəbul etməməyə çağırıb.
Komediyaçı indi bipolyar pozğunluğunu və antidepresanları dəstəkləmək üçün dərman qəbul edir.
Qeyd edək ki, Qırğızıstanda doğulan 43 yaşlı Yuliya Əhmədovanın atası azərbaycanlı hərbi qırıcı pilotu Oktay Əhmədovdur.//Lent.az
03 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ