Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniyada keçirilən dünyanın ən nüfuzlu atçılıq tədbirlərindən biri – “Vindzor Kral Atçılıq Şousu 2025” çərçivəsində Azərbaycan bu il tarixində ilk dəfə möhtəşəm tərkibdə – 130 nəfərlik nümayəndə heyəti ilə təmsil olunur.
Musavat.com xəbər verir ki, tədbirdə ölkəmizi təmsil edən Azərbaycan Atçılıq Federasiyasının (ARAF) üzvləri, musiqiçilər və milli geyimli atçılar möhtəşəm çıxışla böyük marağa səbəb olublar. Proqram Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilib.
Təntənəli yürüş zamanı Azərbaycan musiqiçiləri milli geyimdə çıxış edərək qərbli tamaşaçıları heyrətləndirib. Azərbaycan və Britaniya bayraqlarının yanaşı dalğalandığı anlar tədbirin ən duyğulu və alqışlarla qarşılanan hissəsi olub.
Musavat.com həmin anlara aid eksklüziv videonu təqdim edir:
Qeyd edək ki, “Vindzor Kral Atçılıq Şousu” Böyük Britaniya krallığının ənənəvi və nüfuzlu atçılıq tədbiridir və buraya dünyanın müxtəlif ölkələrindən yalnız dəvətlə iştirak mümkündür. Azərbaycanın bu tədbirdə iştirakı ölkəmizin mədəni diplomatiya sahəsində artan nüfuzunun daha bir göstəricisidir.
Musavat.com
16 May 2025
15 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ