Onlayn ictimai-siyasi qəzet
Müğənni Səidə Dadaşova TikTok sosial şəbəkə platformasını tənqid edib.
Axşam.az xəbər verir ki, sənətçi bu haqda "İncə səhər" verilişində söz açıb. O bildirib ki, TikTok-da canlı yayıma girəndə çox əsəbiləşdiyi üçün həyat yoldaşı ona qadağa qoyub:
"Dinə çox bağlıyam. TikTok-da dindən danışırdım. Çox stress yaşadım. Orada elə insanlar yazırdı ki... Fikirləşdim ki, bu platformanı bizimkilər adiləşdirdi, çirkab etdi. Normal insan da ora girəndə elə bilirlər ki, sən də onlar kimisən. Şükür Allah ağlımı əlimdən almayıb. TikTok məni əsəbiləşdirirdi, ona görə bağladım".
18 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ