İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı metrosunda veyp xəbərdarlığı

Bakı metrosunda veyplərin təhlükələri barədə sosial reklamlar yayımlanır.

Musavat.com xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "Bakı Metropoliteni" ilə əməkdaşlığı çərçivəsində əhalinin sıx istifadə etdiyi 6 stansiyada elektron siqaretlərin (veyplər) zərərləri ilə bağlı sosial reklamlar yerləşdirilib.

Metronun "28 May", "Gənclik", "Elmlər Akademiyası", "Nəriman Nərimanov", "Koroğlu" və "Neftçilər" stansiyalarında yerləşən monitorlarda veyplərin gənc istifadəçilər üçün yaratdığı ciddi təhlükələrə diqqət çəkilir.

Sosial reklamların məqsədi əhalini, xüsusilə yeniyetmə və gəncləri veyplərin fəsadları barədə məlumatlandırmaq və sağlam həyat tərzinin təşviqinə töhfə verməkdir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 May 2025

BÜTÜN XƏBƏRLƏR