Onlayn ictimai-siyasi qəzet
Kürdəmirdə ağır yol qəzası baş verib, xəsarət alanlar var.
Hadisə Bakı-Qazax yolunun rayonun Karrar kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, iki "Mercedes"in toqquşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar. Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır. (Report)
21 May 2025
20 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ