Onlayn ictimai-siyasi qəzet
Bakıda sürücülərdən birinin başına maraqlı hadisə gəlib. Maşını saxladığı yerdə yol nişanı olmayıb. Amma maşını saxlayıb getdikdən sonra əraziyə yol nişanı quraşdırıblar. Bundan sonra ona cərimə yazılıb.
Musavat.com xəbər verir ki, hadisə “Ağ şəhər Bulvarı” ərazisində baş verib.
“İnfiniti” markalı avtomobilin sürücüsü maşını səhər saat 08:50-də fotoda göstərilən ərazidə saxlayıb. Həmin zaman ərazidə dayanma-durmanı qadağan edən nişan olmayıb. Lakin bir neçə saat sonra əraziyə dayana-durmanı qadağan edən nişan qoyulub və sürücüyə cərimə yazılıb.
“Cərimə mesajı gələndən sonra əraziyə getdim. Gedib baxıram ki, dayanma-durma nişanını təzəcə quraşdırıblar. Heç bir xəbərdarlıq etmədən də cərimə yazıblar. Həmin ərazidə müşahidə kameraları da var. Görüntülərə baxsaq, görərik ki, mən avtomobili saat 08:50 radələrində saxlamağıma baxmayaraq, gün ərzində həmin əraziyə dayanma-durma nişanı qoyulub. Həmin ərazidə nişanın təzəcə quraşdırıldığını əks etdirən şəkil də çəkdim. Fotodan da görünür ki, heç nişanın bərkidilməsi üçün tökülən sement belə qurumayıb”,- deyən vətəndaş bu cərimə ilə bağlı şikayət yazdığını da qeyd edib.
Musavat.com
21 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ