İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda qadın klinika direktoru olan əri tərəfindən GÜLLƏLƏNDİ - Hadisə şahidi hər şeyi DANIŞDI - VİDEO

Bakıda ailə münaqişəsi zəminində qadının həyat yoldaşı tərəfindən ov tüfəngi ilə güllələnməsi ilə bağlı yeni iddialar ortaya çıxıb.

Hadisə şahidlərindən biri yaşananları belə təsvir edib: "Vasif bizim binanın 14-cü mərtəbəsində yaşayır. Sarsılmış halda yanıma gəlib dedi ki, yoldaşımı vurmuşam, kömək edin. Qaçıb hadisə yerinə getdik, qadın maşınların yanında uzanmışdı, yerdə idi. Polis gələndən sonra maşının arxasına baxdılar, tüfəng orada idi".

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, iyulun 16-sı saat 13:30-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Yasamal rayonu ərazisindən təcili çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb edilib. 1987-ci il təvəllüdlü qadına zəruri tibbi xidmət göstərilib və qarının ön divarının deşilmiş yarası diaqnozu ilə Kliniki Tibbi Mərkəzə təxliyə olunub.

Ətraflı Baku TV-nin süjetində:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR