İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda turist 20 gün həbsdə saxlanıldı – Qeydiyyat oyunu ifşa olundu

Sosial şəbəkələrdə yayılan bir videoda xarici ölkədən Azərbaycana turist kimi gələn şəxs başına gələn xoşagəlməz hadisəni danışıb.

Mərakeş vətəndaşı olan turist bildirir ki, Azərbaycanda olduğu müddətdə öz hesabından paylaşımlar edərək ölkəni tərifləyib, çəkilişlər aparıb. Lakin qaldığı evdə ciddi bir fırıldaqla qarşılaşıb. Buna görə də, həbs edilib.

Musavat.com xəbər verir ki, günlük kirayə qaldığı mənzilin sahibi ondan və digər turistlərdən “qeydiyyat üçün” 100 manat pul istəyib. Qanunvericiliyə əsasən, Azərbaycana gələn əcnəbi vətəndaşlar 15 gündən artıq qaldıqları təqdirdə qeydiyyatdan keçməlidirlər və buna görə ödəniş edilmir. Bu proseduru isə normalda otellər və ya ev sahibləri öz üzərinə götürürlər. Amma həmin şəxs bundan da pul qazanmaq üçün turistləri aldadır. Bu səbəbdən ona pul verməyib və qeydiyyatın pulsuz olduğunu deyib.

Bəhruz Fərəcov adlı mənzil sahibi “Bazarına” mane olan turisti cəzalandırmaq üçün onun qeydiyyatını aparmayıb.

Nəticədə turist qanunsuz qalmaqda ittiham edilərək 20 gün müddətində həbsdə qalıb. Sonda isə ölkədən çıxarılıb.

Şikayətçi turist başına gələnlərə baxmayaraq, Azərbaycan xalqını və ölkəni sevdiyini bildirib. O, bu cür fırıldaqçı şəxslərin ölkənin mədəni imicinə zərər verdiyini bildirib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Iyun 2025

17 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR