Onlayn ictimai-siyasi qəzet
Bakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğunda təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.
Musavat.com xəbər verir ki, hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə müttəhimlər kürsüsünü Ağa Tarverdiyev, Nurlan Zeynalov, Ruslan Məmmədov və Fazil Hacıyev bölüşürlər.
Onlara qarşı Cinayət Məcəlləsinin 144.3-cü (adam oğurluğu, yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə), 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə və saxlama) maddəlləri ilə ittiham irəli sürülüb.
İş materiallarına əsasən, Ağa Tarverdiyev digər müttəhimlərlə əlbir olaraq yetkinlik yaşına çatmayan şəxsi oğurlayıb, qanunsuz girov saxlamaqla, azad edilməsi müqabilində yaxınlarından pul tələb ediblər.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
31 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ