İnsanlara hürriyət, millətlərə istiqlal!

“Baqava” kod adlı İŞİD lideri ÖLDÜRÜLDÜ

İŞİD terror qruplaşmasının əsas fiqurlarından biri, “Baqava” və ya “Əsgər” ləqəbləri ilə tanınan Süleyman Ağa məhv edilib.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, İraq təhlükəsizlik qüvvələri tərəfindən keçirilən xüsusi əməliyyat zamanı onun hava zərbəsi nəticəsində öldürüldüyü bildirilir. Hadisə ölkənin şimal-qərbində, İŞİD-in qalıq qüvvələrinin gizləndiyi Nineva vilayətində baş verib.

İraq Müdafiə Nazirliyindən verilən məlumata görə, Süleyman Ağa İŞİD-in əməliyyat rəhbərlərindən biri olub və təşkilatın müxtəlif bölgələrdəki hücumlarını koordinasiya edirdi. O, eyni zamanda yeni döyüşçülərin təlimi və onların Suriya ilə sərhədyanı ərazilərə göndərilməsi ilə də məşğul olub.

Xatırladaq ki, son aylarda İraq və Suriya ərazisində İŞİD-in yenidən fəallaşması müşahidə olunurdu. Hər iki ölkənin hökumət qüvvələri ABŞ koalisiyası ilə birgə radikal terrorçulara qarşı mübarizə tədbirlərini gücləndirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR