İnsanlara hürriyət, millətlərə istiqlal!

BAZA-nın baş redaktoruna ŞOK İTTİHAM – Belə TƏHDİD EDİLDİ

Rusiyanın İstintaq Komitəsi BAZA informasiya resursunun baş redaktoru Qleb Trifonovun həbsini tələb edir.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı “Осторожно, новости” Telegram kanalı yayıb.

Bildirilir ki, jurnalistə qarşı rüşvət alma ittihamı irəli sürülüb. Onun vəkilinin sözlərinə görə, Trifonova ittiham gecə saatlarında elan olunub, o, özünü təqsirli bilmədiyini bəyan edib.

BAZA-nın yaydığı məlumata görə, axtarış zamanı təhlükəsizlik qüvvələri Trifonovu işgəncə ilə hədələyib və lazımi məlumatları vermədiyi təqdirdə OMON-un onu “öldürəcəklərini” deyib.

Trifonovun saxlanılması yalnız 10 saat sonra rəsmi şəkildə rəsmiləşdirilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Iyul 2025

23 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR