Onlayn ictimai-siyasi qəzet
Rusiyanın paytaxtında fəaliyyət göstərən “Baza” “Telegram” kanalının baş redaktoru Qleb Trifonov və onunla birgə çalışan jurnalistlərdən biri rüşvət ittihamı ilə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Musavat.com xəbər verir ki, bu barədə məlumat Rusiya İstintaq Komitəsi tərəfindən təsdiqlənib.
Araşdırmalar zamanı istintaq üçün önəmli hesab edilən sənədlər və rəqəmsal daşıyıcılar ələ keçirilib. Qeyd edək ki, bu işlə bağlı daha əvvəl saxlanılan iki media əməkdaşı istintaqın qərarı ilə azadlığa buraxılmışdı.
Musavat.com
23 Iyul 2025
22 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ