İnsanlara hürriyət, millətlərə istiqlal!

Bələdiyyənin sədr müavininin oğlu azərbaycanlı yeniyetməni döydü: "Gürcü dilini niyə bilmirsən?!" - VİDEO, FOTO

Gürcüstanın Marneuli şəhərində bələdiyyə yığıncağının (sakrebulo) sədr müavini Mamuka Giganinin oğlu azərbaycanlı yeniyetməni döyməkdə təqsirləndirilərək saxlanılıb.

Musavat.com xəbər verir ki, məlumatı azərbaycanlı mənşəli fəal Samira Bayramova öz sosial şəbəkə hesabında paylaşıb. Onun sözlərinə görə, insident yeniyetmənin gürcü dilini bilməməsi səbəbindən baş verib.

Bayramovanın yazdığına görə, hadisə zamanı Marneulidə polis rəisi, sakrebulo rəhbərliyi, deputat və digər vəzifəli şəxslər də iştirak ediblər. Lakin onların heç biri zorakılığa müdaxilə etməyib, əksinə, hadisə yerində dayanıblar.

Fəal hadisəni belə şərh edib:

“Gülməli ya ağlamalı bilmirəm… Sakrebulo sədr müavininin oğlu gürcü dilini bilmədiyinə görə yeniyetməni döydü, amma oradakı polis, məmurlar və deputatlar heç nə etmədilər. Onlar zorakının yanında dayanır, heç kəs ona yaxınlaşmırdı. Əksinə, sanki onu himayə edirdilər”.

Hadisə anına aid videogörüntülər sosial şəbəkələrdə geniş yayılıb və ciddi rezonans doğurub. Kadrlarda gəncin döyülməsindən sonra küçədə toplaşan insanların narazılığı, həmçinin hüquq-mühafizə orqanlarının passivliyi əks olunub.

Fəallar və ictimaiyyət Gürcüstan Daxili İşlər Nazirliyindən və Ombudsman institutundan təcili araşdırma aparılmasını tələb edirlər. Hadisənin etnik zəmində baş verməsi və gürcü dilini bilməyən azərbaycanlı gəncin döyülməsi ölkədə yaşayan azərbaycanlıların hüquqlarının pozulması məsələsini yenidən gündəmə gətirib.
Öncə də yazdığımız kimi, zorakı gürcü gənc saxlanılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Sentyabr 2025

20 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR