İnsanlara hürriyət, millətlərə istiqlal!

Beynəlxalq Cinayət Məhkəməsi “Taliban” liderləri üçün həbs orderi verdi – qadınlara qarşı sistemli təqiblərə görə

Beynəlxalq Cinayət Məhkəməsi Əfqanıstanda qadınlara qarşı insanlığa qarşı cinayətlərə görə “Taliban” liderləri barəsində həbs qərarı çıxarıb.

Musavat.com xəbər verir ki, bu qərar 8 iyul tarixində qəbul olunub və iki əsas şəxs — “Taliban”ın ali lideri Heybətullah Axundzadə və təşkilatın baş hakimi Əbdül Həkim Haqqani barəsində verilib.

Onlar 2021-ci il avqustun 15-də “Taliban”ın Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən sonra gender və siyasi motivli sistemli təqiblər həyata keçirməkdə ittiham olunurlar.

Məhkəmənin açıqlamasına əsasən, qadınlar, qız uşaqları və “Taliban”ın gender ideologiyasına uyğun gəlməyən şəxslər davamlı şəkildə təhsil hüququndan, sərbəst hərəkət azadlığından, ifadə və din azadlığından məhrum ediliblər. Bu hərəkətlər beynəlxalq hüquqa əsasən insanlığa qarşı cinayət kimi qiymətləndirilir.

BCM hər iki şəxs haqqında beynəlxalq axtarış elan edib və onların ədalət qarşısında cavab verməsi üçün prosedurlara başlanılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyul 2025

08 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR