Onlayn ictimai-siyasi qəzet
Xəbər verildiyi kimi, Stokholm Ticarət Palatasının nəzdində fəaliyyət göstərən Arbitraj İnstitutu Ermənistan hökumətini “Elektrik Şəbəkələri” şirkətinin milliləşdirilməsi prosesindən çəkinməyə məcbur edib.
Musavat.com xəbər verir ki, bu barədə vəkil Aleksandr Koçubayev “Facebook” səhifəsində yazıb.
“Paşinyanın təyin etdiyi Romanos Petrosyan şirkətdən çıxacaq. Şərhə ehtiyac yoxdur, sadəcə “Vinni-Pux” cizgi filmindən uzunqulağı xatırlayaq”, - deyə Koçubayev bildirib.
Məlumata görə, Romanos Petrosyan Ermənistanın hakim “Vətəndaş sazişi” partiyasının üzvüdür. O, daha əvvəl Kotayk vilayətinin qubernatoru və Dövlət Nəzarət Xidmətinin rəhbəri olub. Hazırda isə ENA şirkətində dövlət tərəfindən təyin edilmiş müvəqqəti idarəçi funksiyasını yerinə yetirir.
Qeyd edək ki, iş adamı Samvel Karapetyanın Müdafiə Şurası da açıqlama yayaraq Karapetyan ailəsinin Ermənistan hökumətinə qarşı başladığı beynəlxalq arbitraj prosesində qalib gəldiyini bildirib.
Musavat.com
24 Iyul 2025
23 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ