Əməkdar artist Mehriban Xanlarova bibisi, SSRİ Xalq artisti Zeynəb Xanlarovanın nəvəsinin ötən gün keçirilən toy mərasiminə qatılıb.
Musavat.com xəbər verir ki, sənətçi gecədən görüntüləri sosial media hesabında paylaşıb.
Aktrisa paylaşımıyla illərdir bibisi ilə davam edən küsülülük iddialarına son qoyub.
“Ailəmizin bu sevincli günündə iştirak edən bütün qonaqlara təşəkkürümüzü bildiririk. Uca Allah bütün subaylara toy sevinci və xoşbəxt ailə həyatı nəsib etsin. Dəyərli sənətkarımız Zeynəb xanımı isə daim ailəsinin və onu sevənlərin duaları ilə qorusun. Amin!”, - deyə aktrisa qeyd edib.
Qeyd edək ki, Mehriban Xanlarova ötən il bibisi ilə bağlı münasibətlərindən danışarkən onunla görüşə bilmədiyini demişdi.
Könül
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ