Onlayn ictimai-siyasi qəzet
Rusiyalılar “yeni elita”dan beziblər. Yaşayış səviyyəsinin pisləşməsi fonunda onlar hakimiyyətin müharibə iştirakçılarını “bizim dəyişməyimiz” adlandıraraq ucaltdığını getdikcə daha çox ədalətsizlik kimi görürlər.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu iddia Rusiya prezidentinin keçmiş spiçrayteri (onun nitqlərini yazan) politoloq Abbas Qalyamov tərəfindən gəlib.
“Dünən Vladimir Putin yenidən cəbhə iştirakçılarının rəhbər vəzifələrə irəli çəkilməsini təklif edərək onları “bizim dəyişməyimiz” adlandırıb. Onların mediada kəskin artan görünürlüğü isə əhalini yalnız qıcıqlandırır. hakimiyyətin hərəkətləri başadüşüləndir: “Daimi olaraq yeni ‘top yeminə’ ehtiyac duyulduğuna görə, hakimiyyət hər yerdə vuruşanları tərifləyir, paralel olaraq onlara verilən çoxsaylı ödənişlər və güzəştlərdən danışır. Bu artıq üç ildən çoxdur davam edir, amma ümumən müharibədən bezmiş rusiyalılar üçün onun ‘qəhrəmanları’ da getdikcə daha çox qıcıq doğurur”,-deyə Qalyamov yazıb.
“Ən mühüm amil burada – həyat səviyyəsinin enməsidir, – ekspert davam edir. – Əhalinin əsas qrupları nə qədər pis yaşasa, bir o qədər də onları qıcıqlandırır ki, kimlərəsə külli miqdarda pullar verilir, amma nəticə yoxdur – çünki qələbə indiyə qədər də əldə edilməyib. Regionlardan ‘SVO qəhrəmanları’na qarşı neqativ münasibətin artdığına dair xəbərlər daha çox gəlir.” Bu şəraitdə vətəndaşların cəbhə iştirakçılarının arxa cəbhədə törətdiyi cinayətlər barədə xəbərlərə inanması daha da asanlaşır.
“Bu, tədricən müharibəyə münasibəti də dəyişəcək, – politoloq proqnozlaşdırır. – Müharibə artıq ruslaırn gözündə getdikcə daha az əsaslı görünməyə başlayır”,-deyə politoloq bildirib.
Musavat.com
29 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ