İnsanlara hürriyət, millətlərə istiqlal!

Sevastopolda yanacaq böhranı: maşınlara yalnız 30 litr benzin satılır

“Bu gündən etibarən TƏS şəbəkəsinə aid yanacaqdoldurma məntəqələrində АИ-100, АИ-95NP, АИ-95 və АИ-92 markalı benzinin satışı bir avtomobil və ya bir bidon üçün 30 litr həcmində məhdudlaşdırılacaq. Yəni, əgər siz maşınla gəlmisinizsə, seçim edə biləcəksiniz: ya avtomobilinizi doldurmaq, ya da bidonu. Əgər yalnız bidonla gəlmisinizsə, o zaman sadəcə onu doldura biləcəksiniz”

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Ukraynanın işğal altındakı Sevastopol şəhərinin Rusiya tərəfindən təyin olunan “qubernatoru” Mixail Razvojayev bildirib

Razvojayevin sözlərinə görə, bu məhdudiyyətlər yanacaqdoldurma məntəqələrində benzini toplamağa və “adi qrafiklə işləməyə qayıtmağa” imkan verəcək, çünki yanacaq şəhərə “dayanmadan” gətirilir.

Cümə günü işğal altındakı Krım “rəhbəri” Sergey Aksyonov yarımadada benzinin “obyektiv səbəblərə görə” qurtardığını bildirmişdi. Kommersantın məlumatına görə, həmin vaxt Sevastopol və Krımda yanacağın satışı artıq təxminən yarıdan çox yanacaqdoldurmə məntəqəsi fəaliyyətini dayandırıb.

Avtomobil yanacağı qıtlığının mümkün səbəblərindən biri də neft emalı zavodlarına və yanacaq bazalarına edilən müntəzəm pilotsuz aparat hücumları ola bilər; çox vaxt bu hücumlar yanğınla nəticələnir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR