Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniya Aİ-nin Rusiya neftinin qiymət tavanını 60 dollardan 47,6 dollara endirmək qərarını dəstəkləyəcək.
Musavat.com Reuters-ə istinadən xəbər verir ki, bu açıqlama ilə Böyük Britaniyanın Maliyyə Nazirliyinin rəhbəri Reyçel Rivz çıxış edib.
O, Cənubi Afrikanın Ballito şəhərində İyirmilik Qrupu (G20) ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin görüşündə deyib: "Böyük Britaniya və onun Avropa İttifaqındakı müttəfiqləri vintləri sıxır".
Bundan əvvəl Böyük Britaniya G7 formatında Rusiya neftinin qiymət tavanının aşağı salınmasını fəal şəkildə müdafiə edirdi.
Musavat.com
19 Iyul 2025
18 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ