IX “Muğam” Televiziya Müsabiqəsinə bir sıra blogerlərin getməsi müzakirə yaradıb.
Layihənin münsifləri, Xalq artistləri Mənsum İbrahimov və Mələkxanım Eyubova bu haqda açıqlama verib.
Onlar AzTV-yə danışıb. Mənsum İbrahimov deyib ki, blogerlərin iştirakının əhəmiyyəti çoxdur:
“Dövlət Televiziyası ilə bərabər blogerlərimiz də burdadır. Çünki sosial şəbəkələrdə çox fəaldılar, minlərlə izləyiciləri var. O gənclərimizi alqışlayıram ki, fədakarlıq edib, bizimlə bərabər bura gəliblər. Gənc ifaçıların çıxışlarını, Muğam müsabiqəsini öz səhifələrində paylaşıb, dünyaya yayırlar. Mədəniyyətimiz üçün çox əhəmiyyətlidir”.
Mələkxanım Eyubova məsələ ilə bağlı bunları söyləyib:
“Qızım bloger olduğu üçün blogerlik həyatına bələdəm. Bilirəm ki, onları müasir dövrdə çox dinləyirlər. Onlar başqa ölkəyə gedəndə nə qədər hörmət görürlər. Bu gənclərin günlərdir muğama qulaq asmağı və dəstəkləməyinin böyük əhəmiyyəti var”.
Qeyd edək ki, müsabiqə Ağdamda baş tutub və Asya Aslanova (AsyaFuad), Kənan Əhmədov (kenoqrafi_), Nərmin Vəliyeva (Nariisha_), Abdulşah (abdulsah_) kimi blogerlər iştirak edib.
ŞƏRHLƏRŞƏRH YAZ