İnsanlara hürriyət, millətlərə istiqlal!

BMT Putin-Tramp danışıqlarını alqışlayır

BMT ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında telefon danışığını alqışlayır.

“Report” xəbər verir ki, bunu BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.

“Biz bütün dünya liderləri arasında, xüsusən də BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan ölkələrin rəhbərləri arasında aparılan danışıqları alqışlayırıq”.

Qeyd edək ki, Tramp Putinlə 1 saat 15 dəqiqə davam edən telefon danışığının olduğunu bildirmişdi. Onun sözlərinə görə, tərəflər Rusiya-Ukrayna müharibəsini, eləcə də İranın nüvə proqramını müzakirə ediblər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR