Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniya Müdafiə Nazirliyi Ukraynaya dəstək məqsədilə 50 günlük intensiv silahlandırma kampaniyasına başlayacağını elan edib.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı "The Telegraph" yayıb.
Qəzetin məlumatına görə, ölkənin yeni müdafiə naziri Con Hili bu gün keçiriləcək Ukraynanın müdafiəsi üzrə əlaqələndirmə qrupu toplantısında kampaniyanın detalları barədə açıqlama verəcək.
Məqsəd, Rusiyaya siyasi və hərbi təzyiqləri artırmaqla Vladimir Putini danışıqlar masasına əyləşdirməkdir. Nazir Hili bildirib ki, bu addım Londonun “sülhə gedən yol üçün Kremlə real təzyiq göstərmək” strategiyasının bir hissəsidir.
Həmçinin qeyd olunur ki, Böyük Britaniya və Almaniya birgə hava hücumundan müdafiə sistemləri (PVO) üçün əlavə raketlərin alınmasına dair yeni öhdəliklər götürməyə hazırlaşırlar.
Bu, Ukraynanın Rusiyanın gözlənilən yay hücumuna qarşı müqavimət gücünü artırmaq məqsədi daşıyır. Britaniya tərəfi bu təşəbbüsü Qərbin birliyinin və qətiyyətinin simvolu kimi təqdim edir.
Musavat.com
22 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ