Onlayn ictimai-siyasi qəzet
Britaniyanın hakimiyyət orqanları bildiriblər ki, Rusiya ordusunun Baş Kşfiyyat İdarəsi (BKİ-QRU) ilə əlaqəsi olan rusiyalı hakerlər Ukrayna və Avropada sərhəd keçidlərində və hərbi obyektlərin yaxınlığındakı videokameraları sındırmağa cəhd ediblər.
Musavat.com xəbər verir ki, bu barədə “Qardian” qzəeti Britaniya rəsmilərinin bəyanatına istinadlaya yazıb.
Onların versiyasına görə, hücumun arxasında “Fancy Bear” kimi tanınan “APT 28” qrupu dayanır. Hakerlərin məqsədinin Ukraynaya Qərbin yardım marşrutlarını izləmək və onların çatdırılmasını pozmaq cəhdi olduğu iddia edilir.
Mütəxəssislərin fikrincə, kiberhücum 10 minə yaxın kameraya təsir edib. Bunların 80%-i Ukraynada, 10%-i Rumıniyada, 4%-i Polşada, demək olar ki, 3%-i Macarıstanda və təxminən 2%-i Slovakiyada olub. Qalan kameraların dəqiq yeri açıqlanmır.
Britaniyalı ekspertlər iddia edirlər ki, BKİ-nin bu cür kiberhücumları 2022-ci ildən davam edir və NATO ölkələrində həm hökumət, həm də özəl strukturlara qarşı yönəlib. Metodlara pornoqrafik məzmunlu fişinq e-poçtları və saxta fayllar, həmçinin parol oğurluğu daxildir.
Böyük Britaniyanın Milli Kibertəhlükəsizlik Mərkəzi Ukraynaya humanitar və hərbi yardımın çatdırılmasında iştirak edən bütün şirkətləri təcili olaraq rəqəmsal infrastrukturlarının mühafizəsini gücləndirməyə çağırıb.
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ