İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniyadan Fələstinə şərt: Bunları edin, Qüdsdə səfirlik açaq  

Britaniya hökuməti Fələstin Milli Administrasiyasından (PNA) tam diplomatik münasibətlər qurmazdan əvvəl terrorçuların ailələrinə ödənişləri dayandırmağı və məktəb dərsliklərini yenidən yazmağı tələb edir.

Musavat.com xəbər verir ki, məlumatı “The Daily Telegraph” yayıb.

Qəzetin yazdığına görə, London PNA-nın israilliləri öldürən və ya onlara qarşı hücumlara görə saxlanılan “şəhidlərin” qohumlarına müavinət ödəməyi dayandırmasını israr edir. Nəşr Fələstin prezidenti Mahmud Abbasın xüsusi fərmanla bu sxemə son qoymaq niyyətində olduğunu vurğulayıb.

Bundan əlavə, Baş nazir Kir Starmerin hökuməti antisemitizmin mövcudluğuna görə Fələstin məktəb dərsliklərində dəyişiklik etmək istəyir. Üçüncü tələb siyasi islahatlar və yeni seçkilərin təşkilidir. Qəzet əlavə edib ki, London bu məsələlərdə Parislə sıx əməkdaşlıq edir. Qeyd olunur ki, yalnız bu tələblər yerinə yetirildikdən sonra Böyük Britaniya Şərqi Qüdsdə səfirlik açmağa və ya Fələstinlə beynəlxalq müqavilə imzalamağa hazır olacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR