Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniyada aparılan sosioloji sorğu ölkə ictimaiyyətinin Rusiya ilə bağlı kəskin mövqeyini üzə çıxarıb.
Musavat.com xəbər verir ki, "More in Common" analitik mərkəzinin keçirdiyi tədqiqata görə, respondentlərin 65 faizi Rusiyanı Böyük Britaniyanın bir nömrəli düşməni hesab edir.
Araşdırmaya əsasən, Rusiyadan sonra ikinci və üçüncü yerləri İran (51%) və Çin (33%) tutur. Bu göstəricilər beynəlxalq münasibətlərdə dərin gərginliyin və Qərbin təhlükə qavrayışında Moskvanın dominant mövqeyinin artdığını göstərir.
Sorğuda iştirak edənlərin əhəmiyyətli hissəsi həmçinin qeyd edib ki, Rusiya, Çin və ABŞ beynəlxalq səviyyədə daha güclü aktorlara çevrilir, halbuki Böyük Britaniya öz əvvəlki təsir gücünü itirməkdədir.
Siyasi təhlilçilər bildirirlər ki, bu nəticələr Britaniya ictimai rəyində təhlükə prioritetlərinin dəyişdiyini və Rusiya ilə münasibətlərin artıq sadəcə diplomatik deyil, milli təhlükəsizlik müstəvisində dəyərləndirildiyini göstərir.
Musavat.com
28 Iyul 2025
27 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ