Onlayn ictimai-siyasi qəzet
Bakıda yol hərəkəti qaydasını pozan sürücünün hərəkətləri kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə dekabrın 26-da, paytaxtın Abdulla Şaiq küçəsində baş verib.
Məlumata görə, 77-DE-543 dövlət qeydiyyat nişanlı "Opel" markalı avtomobilin sürücüsü binanın qarajından çıxaraq Nəriman Nərimanov prospektinə doğru getmək istəyib. Lakin sürücü, vaxt qazanmaq və yolunu 200 metr qısaltmaq məqsədilə kobud şəkildə qaydaları pozub. O, avtomobili səkiyə çıxarıb və yolun əks istiqamətində hərəkət edib. Daha sonra pandusdan aşağı düşərək Nəriman Nərimanov prospektinə çıxıb.
Qeyd etmək lazımdır ki, həmin binanın qarajından çıxan bəzi sürücülər yolunu qısaltmaq üçün bu cür qayda pozuntularına yol verirlər. Bu davranış həm piyadalar, həm də digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradır.\\avtosfer.az
06 May 2025
03:06 Genetik kodlarla yazılmış talelər: Qohum evlilikləri ilə bağlı sərt tədbir görülməsi vacibdir?
05 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ