İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-Yaponiya ticarət razılaşması düyüdən asılı qalıb – Nazirin səfəri ləğv olundu

Yaponiya hökumətinin iqtisadi bərpa naziri Ryosei Akazavanın avqustun 28-də ABŞ-a planlaşdırılan səfərini ləğv etməsinin səbəbi məlum olub.

Musavat.com xəbər verir ki, bu barədə Nikkei qəzeti məlumat yayıb. Məlumata görə, qərara Ağ Evin Yaponiyanı daha çox Amerika düyüsü almağa məcbur etmək istəyi səbəb olub: “Bir gün əvvəl Yaponiya hökumətinin çoxsaylı rəsmiləri məlumat verdilər ki, ABŞ administrasiyası ABŞ prezidentinin Yaponiya məhsullarına rüsumlar haqqında fərmanına Amerika düyü alışını artırmaq öhdəliyini daxil etmək təklifini Yaponiya tərəfinə çatdırıb”.

Qəzet qeyd edir ki, "Yaponiya bu təklifə qəti şəkildə qarşı çıxdı və Akazava səfər günü, avqustun 28-də ABŞ-a planlaşdırılan səfərini ləğv etdi". Buna baxmayaraq, tərəflər danışıqları davam etdirir.

Bundan əvvəl Yaponiya ilə ticarət sazişini şərh edən ABŞ rəsmiləri bildirmişdilər ki, söhbət Yaponiyanın Amerikadan düyü alışını 75 faiz artırmasından gedir.

Öz növbəsində Qərb mediası qeyd edib ki, Akazava Yaponiyanın Amerika iqtisadiyyatına 550 milyard dollarlıq sərmayə qoymasına dair sazişi yekunlaşdırmaq üçün ABŞ-a gəlməli idi. Eyni zamanda, Yaponiya səlahiyyətliləri tərəflər Yaponiya investisiyaları ilə bağlı birgə sənədi dərc etməmişdən əvvəl ABŞ-dan tarif fərmanını tənzimləməsini istəyib.

İyulun sonunda ABŞ prezidenti Donald Tramp Vaşinqton və Tokionun ticarət sazişi imzaladığını açıqlamışdı. Onun sözlərinə görə, müqaviləyə əsasən, Tokio ABŞ-a idxala 15 faiz rüsum ödəyəcək, həmçinin ABŞ-a 550 milyard dollar sərmayə qoyacaq. Prezident əlavə edib ki, ABŞ Yaponiyaya avtomobil, düyü və digər kənd təsərrüfatı məhsulları tədarük etməyə başlayacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR