Onlayn ictimai-siyasi qəzet
ABŞ hökuməti Fələstin Prezidenti Mahmud Abbasa, təxminən 80 Fələstin Milli Administrasiyası və Fələstin Azadlıq Təşkilatı əməkdaşına BMT Baş Assambleyasında iştirak üçün viza verməyib.
Musavat.com-un məlumata görə, istisna yalnız Fələstinin BMT-dəki daimi nümayəndəliyinin üzvlərinə şamil olunub.
ABŞ Dövlət Departamentinin açıqlamasında bildirilir ki, vizə məhdudiyyətləri Fələstin rəsmilərini öhdəliklərini yerinə yetirmədiklərinə və sülh perspektivlərini zəiflətmələrinə görə məsuliyyətə cəlb etmək məqsədi daşıyır.
Bundan əlavə, Ağ Ev qeyd edib ki, vizə sistemi terror fəaliyyətlərini dəstəkləyən şəxslər üçün istifadə olunmamalıdır.
Musavat.com
03 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ