Onlayn ictimai-siyasi qəzet
Qaradağda qanunsuz olaraq əhəng daşı hasilatı həyata keçirən fima müəyyən edilib.
Musavat.com xəbər verir ki, lisenziya olmayan “Günay” firması tərəfindən Qaradağ royununda əhəng daşı hasilatı həyata keçirilib.
Müəyyən edilib ki, “Günay” firması tərəfindən qanunvericiliyin tələblərinə əməl edilməyərək əhəng daşı hasilatı aparılmaqla dövlətə və təbiətə cəmi 89.712 manat məbləğində maddi ziyan vurulub.
Hazırda fəaliyyəti dayandırılan şirkətin rəhbəri olmuş şəxs məsuliyyətə cəlb edilib. Onun barəsində cinayət işi açılıb.
Aparılan araşdırma zamanı təqsirləndirilən şəxs dövlətə dəymiş zərəri tam olaraq ödəyib. Buna görə də məhkəmə onun barəsində yüngül cəza təyin edib.
Şirkət rəhbəri barəsində 3 il azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
Musavat.com
26 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ