Aparıcı-prodüser Tarix Əliyev qızı Milana ilə bağlı paylaşım edib.
Tolik övladı ilə görüntüsünü paylaşaraq bunları yazıb:
“Hər zaman Atalar günü haqqında eşidəndə bir gün bu günün mənim üçün də gələcəyini düşünərdim. Və bu gün mən özümü bir ata kimi çox xoşbəxt hiss edirəm. Çünki Milanamın atasıyam. Bu gün mənim bayramımdır. İndi qızım məni təbrik edə bilməsə də, inşallah, böyüyəndə hər dəfə mənə gəlib deyəcək: “Ata, Atalar günün mübarək!” Allah bütün ailələri xoşbəxt etsin, övlad həsrəti ilə yaşayan bütün ailələrə körpə nəsib etsin. Allah bütün ataları və anaları qorusun”.
ŞƏRHLƏRŞƏRH YAZ