Onlayn ictimai-siyasi qəzet
“Elektrik Şəbəkələri” (ESA) şirkətinin milliləşdirilməsi və Stokholm Ticarət Palatasının Arbitraj İnstitutunun qərarı ilə bağlı olaraq Ermənistan hökumətinin 23 iyulda açıqladığı mövqe göstərir ki, bu ölkənin beynəlxalq investorları qorumaq məqsədilə imzaladığı beynəlxalq müqavilələr, əgər hökumət başçısının şəxsi və ya siyasi baxımdan maraqlarına uyğun deyilsə, yerinə yetirilməyəcək.
Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın sabiq ombudsmanı Arman Tatoyan öz “Facebook” səhifəsində yazıb.
“Ermənistanın baş naziri ESA ətrafında baş verən hadisələrlə bağlı artıq şəxsi münasibətini ifadə edərək bildirib ki, bu məsələ onun üçün “bəzi insanların ağzında dövlət dadının qalması” üçün zəmanətdir. Nikol Paşinyan bununla göstərir ki, bu onun üçün həm şəxsi, həm də siyasi məsələdir”, - deyə o qeyd edib.
Musavat.com
26 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ