İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin Tayvan boğazı yaxınlığında hərbi-dəniz təlimlərinə başladı

Çin ordusu Tayvan boğazının qarşı tərəfində genişmiqyaslı hərbi-dəniz təlimlərə start verib.

Musavat.com xəbər verir ki, bu barədə Çinin Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, təlimlər Pekinin “bölgədə sabitliyin qorunması və milli suverenliyin möhkəmləndirilməsi” siyasətinə uyğun olaraq həyata keçirilir.

Təlimlərdə döyüş gəmiləri, sualtı qayıqlar və dəniz aviasiyası iştirak edir. Analitiklərə görə, bu addım Tayvana və onun xarici tərəfdaşlarına – xüsusilə ABŞ-a bir siqnal olaraq qiymətləndirilir.

Qeyd edək ki, Çin Tayvanı öz ərazisi hesab edir və adanın istənilən formada müstəqilliyini qətiyyətlə rədd edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR