Onlayn ictimai-siyasi qəzet
ABŞ və Çin Tayvan uğrunda faktiki açıq qarşıdurmaya gedir. Vaşinqton Pekinin “Tayvan bizimdir” iddialarını əzmək üçün adanı ağır silah anbarına çevirir, onu ABŞ-ın ön cəbhədəki proksi dövləti kimi hazırlayır.
Musavat.com xəbər verir ki, Pekin isə artıq açıq-aşkar xəbərdarlıq edir: “Tayvan Çinin qırmızı xəttidir. Kim pozarsa, müharibəni boynuna götürər.”
Son məlumatlara görə, ABŞ Tayvana ilk beş sahil əsaslı “Harpoon” gəmiəleyhinə raket kompleksini təhvil verib. Bu, 2,37 milyard dollarlıq nəhəng müqavilənin yalnız başlanğıcıdır. Tam paketdə 100 buraxılış qurğusu, 400-dən çox RGM-84L-4 Harpoon Block II döyüş raketi və təlim üçün xüsusi RTM-84L-4 raketləri var. Bütün bu arsenal Tayvan sahillərində yerləşdirilərək, Çin Xalq Azadlıq Ordusunun desant planlarını suya düşürmək üçün nəzərdə tutulub.
ABŞ faktiki olaraq Tayvanı qalaya çevirir, eyni zamanda bölgəni partlayış təhlükəsi ilə üz-üzə qoyur. Çin ordusu isə buna cavab olaraq özünün Cənubi Çin dənizində hərbi təlimlərini genişləndirir, desant qoşunlarını döyüş hazırlığına gətirir. Ekspertlər açıq deyirlər: əgər Tayvan ətrafında ilk raket atılarsa, bu, ABŞ və Çin arasında birbaşa toqquşmaya yol açacaq.
Beləcə, XXI əsrin ən böyük qlobal müharibə ssenarilərindən biri Cənub-Şərqi Asiyada yetişir. Tayvan artıq yalnız bir ada deyil — ABŞ ilə Çin arasındakı yeni soyuq müharibənin barıt çəlləyidir.
Musavat.com
07 Iyul 2025
06 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ