Onlayn ictimai-siyasi qəzet
Çin yoxsulluğun azaldılması təcrübəsini ŞƏT ölkələri ilə bölüşməyə hazırdır
Çin hakimiyyəti yoxsulluğun aradan qaldırılması üzrə təcrübələrini Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrlə bölüşməyə hazırdır.
Musavat.com xarici mediaya istinadla xəbər veririk, bunu Çin Xalq Respublikasının sədri Si Cinpin deyib.
"ŞƏT-ə sədrlik edən dövlət kimi Çin tərəflərin hər biri ilə strateji əlaqələri gücləndirməyə, yoxsulluqla mübarizə sahəsində təcrübə mübadiləsinə və praktiki əməkdaşlığı dərinləşdirməyə hazırdır", - “Sinxua” xəbər agentliyi Çin liderinin ŞƏT-in “Yoxsulluğun azaldılması və davamlı inkişaf forumu”nun iştirakçılarına müraciətindən sitat gətirib.
Si Cinpinin qeyd etdiyi kimi, Pekin daha çox ölkənin “milli şəraitə uyğun olaraq yoxsulluğun aradan qaldırılması və davamlı inkişaf yolunu tutmasını” təmin etməyə çalışacaq. O, “yoxsulluqdan azad, ümumbəşəri firavanlıqla gözəl dünya qurmaq” üçün bu istiqamətdə səylərin birləşdirilməsinin zəruriliyini qeyd etdi.
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ