İnsanlara hürriyət, millətlərə istiqlal!

Çindən “kiçik qisas” almaq olar – ABŞ prezidenti

ABŞ prezidenti Donald Tramp Çinin ticarət sahəsindəki hərəkətlərinə görə ondan “kiçik qisas” almaq imkanını mümkün sayır.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o, bunu Floridadan Vaşinqtona uçan təyyarəsində mətbuata açıqlayıb.

Ondan daim danışdığı Pekinlə potensial ədalətli razılaşmanı necə gördüyü soruşulub: "Bilirsiniz, mən Çinlə ədalətli razılaşma istəyirəm, lakin Çin artıq uzun illərdir ki, bizdən oğurluq edir. Odur ki, bəlkə də nəzərə alınmalı olan bəzi aspektlər var, bilirsiniz, kiçik bir qisas". O, “kiçik qisas” deyərkən konkret nədən danışdığını dəqiqləşdirməyib. ABŞ prezidenti onu da vurğulayıb ki, onun bu həftə Çin sədri Si Cinpinlə danışıqlar aparmaq planı yoxdur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 May 2025

BÜTÜN XƏBƏRLƏR