Onlayn ictimai-siyasi qəzet
"Onun atası böyük şəxsiyyət olub. Elçin ana və atasına dərin sevgi və hörmət bəsləyib. Atasına olan ehtiramı hər zaman xüsusi yer tutub. Başqaları ondan soruşanda belə, o, birinci növbədə atasının nümunəsini önə çəkib".
Musavat.com xəbər verir ki, bunu Xalq yazıçısı Çingiz Abdullayev yaxın dostu, yazıçı Elçin Əfəndiyevlə vida mərasimində deyib.
"Onun yaradıcılığı xalqın yaddaşında əbədi iz qoydu. Çünki xalqı təmsil edən insanlar yalnız yazmır, həm də özləri bir dünya qurur. Onlar düşüncələri, əsərləri və yaratdıqları dəyərlərlə həm ölkəsini, həm də bütün insanlığı təmsil edirlər.
Elçin yazılarında insan ruhunun dərinliklərinə enir, cəmiyyətin dərdini, sevincini, ümidini qələmə alırdı. Onun üçün yazı sadəcə söz oyunu deyil, həyatın özü idi. Yazdıqları ilə o, həm xalqına, həm də bəşəriyyətə xidmət edirdi", - Ç. Abdullayev bildirib.
Şahanə Rəhimli
Sultan Məmmədli
Musavat.com
06 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ