İnsanlara hürriyət, millətlərə istiqlal!

Çinin ABŞ-a ixracı may ayında 35% azalıb – son illərin ən kəskin enişi  

 CNBC telekanalı Çinli “Wind Information” analitik şirkətinə istinadən yayımladığı məlumata görə, 2025-ci ilin may ayında Çinin ABŞ-a ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 34,5% azalıb.

Musavat.com xəbər verir ki, bu, 2020-ci ilin fevralından – COVID-19 pandemiyasının qlobal ticarəti iflic etdiyi dövrdən bəri ən böyük azalma hesab olunur. Ekspertlər bu göstəricini həm ABŞ-la ticarət gərginliyi, həm də istehlak bazarlarında tələbatın zəifləməsi ilə əlaqələndirirlər.

Qlobal miqyasda isə Çin ixracında ümumi artım 4,8% təşkil edib. Halbuki Reuters-in sorğusunda iştirak edən analitiklər 5%-lik artım proqnozlaşdırırdılar. Bu da onu göstərir ki, ABŞ bazarındakı kəskin geriləmə Çinin ümumi ixrac performansına mənfi təsir göstərib.

İqtisadçılar bu dinamikaları Çin iqtisadiyyatı üçün narahatedici siqnal kimi qiymətləndirirlər. ABŞ-a ixracdakı bu cür sürətli eniş təkcə Çin üçün deyil, həm də qlobal ticarət sistemindəki dəyişikliklər baxımından diqqətlə izlənilir.

 Musavat.com
 
 
 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Noyabr 2025

01 Noyabr 2025

BÜTÜN XƏBƏRLƏR