Onlayn ictimai-siyasi qəzet
Tehran ABŞ-la gərgin nüvə danışıqları fonunda hərbi potensialını gücləndirməyə çalışır.
Musavat.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” adı açıqlanmayan mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, İran ballistik raketlərin istehsalı üçün lazım olan minlərlə ton materialı Çindən sifariş edib.
Nəşrin məlumatına görə, bu xammala "ammonium perxlorat" da daxildir. Mənbələrin bildirdiyinə əsasən, həmin materiallar yaxın aylarda İrana çatdırılacaq.
Qeyd olunub ki, ammonium perxlorat İranın ballistik raketləri üçün bərk yanacaq istehsalının əsas komponentlərindən biridir. Bu materialların bir hissəsinin husilər də daxil olmaqla, bölgədə İrana bağlı silahlı qruplara göndəriləcəyi də vurğulanıb.
Musavat.com
07 Iyun 2025
06 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ