İnsanlara hürriyət, millətlərə istiqlal!

Coşqun Rəhimov ilk dəfə xanımı haqda: "Məni qısqanır"

Əməkdar artist Coşqun Rəhimov "Günaydın, Azərbaycan" verilişində qonaq olub.

C.Rəhimov ilk dəfə həyat yoldaşından danışıb:

"İnsanın ən yaxın dostu ailəsidir. İki övladım, iki də nəvəm var. Heç biri mənim yolumu getməyib. Amma çox istedadlı uşaqlardırlar. Həyat yoldaşımı özüm görüb bəyəndim. Onun da məndə ürəyi var imiş. Sonra tanışlıq, elçilik oldu.

Məndə çox yaralar var, amma onlar mənlə gedəcək. Ayaqda durmağımın səbəbi övladlarımdır. Səhhətim yaxşıdır. Həyat yoldaşım məni qısqanır. Bu, gözəl bir şeydir. Bu, sevginin bitməməyi deməkdir. Amma bir-birimizə güvənimiz tamdır".

Aktyor müsahibə əsnasında anasından söz açaraq kövrəlib:

"Ümumiyyətlə keçmişlə yaşamıram. Dünənki günümü sevmişəm. Sabahkı günümü fikirləşmişəm. Dünənki gün bitib. Onun haqqında düşünüm, o, haqda beynimi yükləyim, elə bir şey yoxdur. Anamın dünyasını dəyişdiyi günün olmamağını istəyərdim. Anamız bizim dünyamızdır. O, gedəndən sonra çox boşluq oldu. Yuxumda da görmürəm. Həyat yoldaşımla gedib onun qəbrini ziyarət edirəm. Amma gedəni qaytarmaq olmur, yeri çox bilinir". (Axşam.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 May 2025

27 May 2025

BÜTÜN XƏBƏRLƏR