Onlayn ictimai-siyasi qəzet
Asiyada COVID-19-un yeni dalğası sürətlə yayılmağa başlayıb.
Musavat.com xəbər verir ki, Bloombergin məlumatına görə, virusun növbəti böyük yayılması Çin, Sinqapur və digər ölkələrdə ciddi narahatlığa səbəb olub.
Son bir həftə ərzində yalnız təsdiqlənmiş ölüm hallarının sayı 31-ə çatıb və bu göstəricinin artmağa davam edəcəyi bildirilir. Yoluxanların və ağır vəziyyətdə olan xəstələrin sayı da sürətlə yüksəlir.
Sinqapur hökuməti artıq vətəndaşlara ictimai yerlərdə qoruyucu maskalardan istifadəni tövsiyə edib. Mütəxəssislər pik nöqtənin hələ qarşıda olduğunu bildirirlər.
Musavat.com
16 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ