İnsanlara hürriyət, millətlərə istiqlal!

Dağıstan rəhbəri azərbaycanlılara müraciət etdi  

Sergey Melikov: “Bütün çətinliklər müvəqqətidir, lakin qardaşlıq və ləyaqət bizimlə əbədi olaraq qalır”

“Rusiya ilə Azərbaycan arasında münasibətlərdə yaranmış çətinliklər narahatedicidir, lakin vəziyyət “xalqların maraqları nəzərə alınmaqla sülh yolu ilə” həll olunacaq”, - Musavat.com haqqın.az-a istinadən xəbər verir ki, bu barədə Dağıstanın rəhbəri Sergey Melikov bildirib.

O, etiraf edib ki, indi dağıstanlıları təxribata çəkmək və “onları münaqişələrə sürükləmək, sonradan utanacaqları işlərə inandırmaq” cəhdləri edilə bilər: “Biz bu gün dünyada baş verənləri narahatlıq və ağrı ilə izləyirik.Təəssüf ki, Rusiya ilə Azərbaycan arasında münasibətlərdə müəyyən çətinliklər yaranıb. Amma əminəm ki, bunların hamısı sülh yolu ilə, xalqların maraqları nəzərə alınmaqla, münasibətlərimizin tarixinə hörmətlə həll olunacaqdır. Belə çətin zamanlarda yaranmış vəziyyətdən öz məqsədləri üçün - Rusiyanı daxildən zəiflətmək, nifaq salmaq, qardaş xalqları bir-birinə qarşı qoymaq istəyənlər həmişə tapılır. Bu, xüsusilə, onilliklər ərzində ən yaxın qonşuları ilə sülh və harmoniya şəraitində yaşayan çoxmillətli Dağıstana aiddir”.

59149.jpg (40 KB)

Sergey Melikov müraciətində xüsusi qeyd edib ki, Dağıstanı vətəni hesab edən azərbaycanlılar az deyil: “Əlaqələrimiz sadəcə coğrafi deyil. Bunlar tarix, ailə bağları, mədəniyyət və birlikdə yaşamaqdır. Vurğulamaq istərdim ki,  Dağıstanda azərbaycanlılar məhz yerli xalqdır. Bununla belə, bizi təhrik etmək, münaqişələrə cəlb etmək, sonradan utanacağımız işlərə sövq etmək cəhdləri ola bilər. Bu  Dağıstanda,  Azərbaycanda və bütün Rusiyada sülh və sabitlik istəməyənlərin hiyləsidir. Biz dəfələrlə görmüşük ki, kənar qüvvələrin əli ilə sabitliyi pozmağa çalışılır. Amma bu cəhdlər uğursuzluğa düçar olur, çünki xalqımızın müdrikliyi, birliyi, cavabdehliyi bu çirkin oyunlardan üstün olduğunu sübut edir”.

Melikov sonda bunları bildirib: “Dağıstanlılara və azərbaycanlı qardaşlarımıza müraciət edirəm: aranıza girməklərinə imkan verməyin. Emosiyalara təslim olmayın, təxribatlara qapılmayın. Yalnız rəsmi və təsdiqlənmiş məlumatlara etibar edin! Biz birlikdə çox şeylər keçmişik və bunun öhdəsindən gələcəyik. Bütün çətinliklər müvəqqətidir, lakin qardaşlıq və ləyaqət bizimlə əbədi olaraq qalır”.

2024-cü il statisrikasına görə, Dağıstanda 116 mindən çox azərbaycanlı yaşayır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyul 2025

06 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR