Onlayn ictimai-siyasi qəzet
Dağıstan Respublikasında pilotsuz uçuş aparatlarının hücumu təhlükəsi ilə bağlı rəsmi xəbərdarlıq edilib.
Musavat.com xəbər verir ki, məlumatı Fövqəladə Hallar Nazirliyi özünün “Telegram” kanalında yayıb.
Bildirilib ki, saat 12:00-da (Bakı vaxtı ilə 13:00) respublika ərazisində dron hücumu təhlükəsi elan olunub.
“Vətəndaşlardan xahiş edirik ki, mümkün qədər evdə qalsınlar, pəncərəsiz, möhkəm divarlı binalarda sığınacaq tapsınlar”, – qurumun açıqlamasında qeyd olunub.
Nazirlik həmçinin hazırda açıq havada olan sakinlərə dərhal yaxınlıqdakı sığınacaq yerlərinə üz tutmağı tövsiyə edib. Bununla yanaşı, mobil internet xidmətində mümkün nasazlıqların yarana biləcəyi barədə də xəbərdarlıq edilib.
Musavat.com
25 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ