Onlayn ictimai-siyasi qəzet
İstanbulun Eyüpsultan rayonunda iki azyaşlı uşaq yediyi yeməkdən sonra zəhərlənərək ölüb.
4 yaşlı Alparslan və 2 yaşlı Melisa Rabia Birkent 22 sentyabrda yeməkdən sonra qusma şikayəti ilə xəstəxanaya aparılıb. İlk tibbi müdaxilədən sonra evə buraxılan uşaqların vəziyyəti ertəsi gün yenidən pisləşib. Həkimlərin bütün səylərinə baxmayaraq, qardaş və bacı dünyasını dəyişib.
Hadisədən şoka düşən ana Aleyna Birkent infarkt keçirərək xəstəxanaya yerləşdirilib. Ata Yücel Birkent və ana həkim nəzarətindədir.
Polis və prokurorluq hadisə ilə bağlı istintaq aparır. Hadisənin səbəbi araşdırılır./Milli.az/
26 Sentyabr 2025
25 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ