İnsanlara hürriyət, millətlərə istiqlal!

Şok: Soros Fondu terrorun sponsoru kimi tanına bilər

ABŞ Ədliyyə Departamenti federal prokurorlara Corc Sorosun Açıq Cəmiyyət Fondunun fəaliyyətini terrorizmlə mümkün əlaqələri yoxlamağı tapşırıb.

Musavat.com xəbər verir ki, bu sensasion məlumatı “New York Times” yazıb. Bildirilir ki, nəşr xəbərdə Ədliyyə Depertamentinin daxili direktivinə istinad edib. Soros Fondu isə bu iddiaları “siyasi motivli hücum” adlandırıb.

Nəşrin məlumatına görə, direktiv fırıldaqçılıq və reketçilikdən terrorizmin maliyyələşdirilməsinə qədər potensial ittihamların geniş spektrini əhatə edir. Ədliyyə katibinin müavini Todd Blanşın imzaladığı sənəd Nyu-York, Kaliforniya, Vaşinqton, Çikaqo, Detroit və Merilend ştatlarında rayon prokurorlarına göndərilib. 

qruziya (1).jpg (165 KB)

Hesabatda deyilir ki, Ədliyyə Departamentinin yüksək rütbəli məmuru ABŞ prokuroruna prezident Trampın həbs edilməsini tələb etdiyi milyarder və Demokrat Partiyasının donoru Corc Soros tərəfindən maliyyələşdirilən qrupu araşdırmaq üçün planlar hazırlamağı tapşırıb.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp bəyan etmişdi ki, amerikalı maliyyəçi Corc Soros və onun oğulları cinayət məsuliyyətinə cəlb edilməlidir. Ağ Ev rəhbəri hesab edir ki, ABŞ-da keçirilən etiraz aksiyalarında milyarderin və onun qohumlarının əli var. 

Dzhordzh_Soros.jpg (58 KB)

Dünyanın bir çox ölkəsi Soros Fondunu hakimiyyətlərə qarşı üsyan, inqilabları dəstəkləyən, çaxnaşmaların əsas sponsoru kimi qəbul edir. Fondun hədəf aldığı ölkələrdən biri də Azərbaycan olub. Düzdür, onun ölkəmizdə iğtişaş törədəcək qədər gücü və uzun əli olmasa da, fürsət düşən hər məqamda Azərbaycana qarşı öz çirkin kampaniyasını, təxribatçı fəaliyyətini aparıb. Bu kampaniya Avropa Şurası Parlament Assambleyasına və Avropa Parlamnentinə qədər uzanır. Bu qurumlarda Fondun maliyyələşdirdiyi deputatlar var və bu deputatlar vasitəsilə hər fürsətdə ölkəmizi hədəfə almaq cəhdləri hələ də davam edir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Sentyabr 2025

25 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR