Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, ABŞ Dövlət Departamenti Almaniyaya 400-ə qədər AMRAAM tipli “havadan-havaya” idarəolunan raketlərin və əlavə avadanlıqların satışına razılıq verib.
Pentaqonun məlumatına görə, sövdələşmənin ümumi dəyəri 1,23 milyard dollar təşkil edir. Paketə raketlərlə yanaşı, onların istifadəsi üçün nəzərdə tutulmuş avadanlıq və texniki dəstək də daxildir.
Qeyd olunur ki, satış Almaniyanın hava müdafiə imkanlarını gücləndirməklə yanaşı, NATO çərçivəsində ABŞ-la hərbi əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcək.
Musavat.com
26 Sentyabr 2025
25 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ