İnsanlara hürriyət, millətlərə istiqlal!

İmişlidə toyda zəhərlənənlərin sayı 69-a çatdı

24.09.2025-ci il tarixində saat 14:10 radələrindən etibarən zəhərlənmə şübhəsi ilə 69 nəfər (8-i uşaq olmaqla 32-si kişi, 4-ü uşaq olmaqla 37-si qadın cinsli) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

TƏBİB-dən Musavat.com-a bildirilib ki, onlara qeyri-infeksion enterit və kolit diaqnozu təyin olunub və hər birinə zəruri tibbi yardım göstərilib.

Vəziyyəti qənaətbəxş qiymətləndirilən 37 nəfər (18-i qadın, 19-u kişi cinsli) ambulator müalicə üçün evə buraxılıb. 4 nəfər isə iltizamnamə əsasında ixtisaslı tibbi xidmətdən imtina edib.

Vəziyyətləri stabil qiymətləndirilən digər 28 nəfərin müalicələri müvafiq şöbələrdə davam etdirilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Sentyabr 2025

25 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR