İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ – Ərdoğan-Tramp zirvəsi: Ağ Evdə 6 ildən sonra görüş

Musavat.com xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, 6 ildən sonra Ağ Evdə ABŞ Prezidenti Donald Tramp ilə görüş keçirib.

Təxminən 2 saat 18 dəqiqə davam edən zirvə ABŞ-ın paytaxtı Vaşinqtonda – Oval Ofisdə baş tutub. Görüşdən sonra Tramp Ərdoğanı qapıya qədər yola salıb.

Zirvənin gündəliyi

Rəsmi açıqlama hələlik açıqlanmasa da, danışıqlarda əsas müzakirə mövzularının F-35 və F-16 qırıcı təyyarə proqramları, “Halkbank” məsələsi və ikitərəfli münasibətlərin digər kritik başlıqları olduğu bildirilib.

Ərdoğan görüş öncəsi jurnalistlərin suallarını cavablandıraraq bu ziyarəti BMT Baş Assambleyası ilə eyni dönəmdə həyata keçirməkdən məmnunluğunu ifadə edib: “Cənab Trampın həm birinci, həm də ikinci dönəmində Türkiyə-ABŞ münasibətlərində fərqli bir prosesi yaşayırıq. F-35, F-16 və ‘Halkbank’ məsələləri ilə bağlı ətraflı danışacağıq. Heybəliada Ruhani Məktəbi ilə bağlı da üzərimizə düşəni yerinə yetirməyə hazırıq”. 

Prezident əlavə edib ki, dönüşdə Fənər Rum Patriarxı I Bartholomeos ilə bu mövzunu müzakirə edəcək.

Trampın mesajı

ABŞ Prezidenti Donald Tramp isə görüşdən sonra mətbuata qısa açıqlamasında, CAATSA sanksiyalarının qaldırılmasının gündəmdə ola biləcəyini istisna etməyib. 

Qeyd: Türkiyəyə qarşı CAATSA sanksiyaları 2020-ci ildə tətbiq olunub. Buna səbəb Ankaranın Rusiyadan S-400 zenit-raket sistemləri alması idi. ABŞ bu addımı NATO-nun təhlükəsizlik maraqlarına zidd hesab edərək sərt tədbirlər görüb.

Bu çərçivədə:

Türkiyə F-35 qırıcı təyyarə proqramından çıxarıldı.

Müdafiə Sənayesi Başkanlığı və bəzi yüksək vəzifəli şəxslərə qarşı maliyyə və texnoloji məhdudiyyətlər tətbiq olundu.

Birlikdə regional əməkdaşlıq mesajı

Ərdoğan bölgədə barış üçün Trampın təşəbbüslərini dəstəklədiyini vurğulayıb: “Birlikdə əl-ələ verərək regiondakı problemləri aradan qaldıra biləcəyimizə inanıram”.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR