Onlayn ictimai-siyasi qəzet
Cənubi Koreya prezidenti Li Çje Men Şimali Koreyanın qitələrarası ballistik raketin yaradılmasının son mərhələsində olduğunu iddia edib.
"Report"un məlumatına görə, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
"Şimali Koreya ABŞ-yə zərbə endirməyə qadir olan ballistik raketin yaradılmasının son mərhələsindədir", - deyə o qeyd edib.
Raketin nə dərəcədə effektiv ola biləcəyi hələ məlum deyil.
Bundan əvvəl "Le Figaro" xəbər verib ki, Şimali Koreyada iki tona qədər yüksək zənginləşdirilmiş uranın olduğu güman edilir. Bu ehtiyatlar Şimali Koreyanın ehtiyacları üçün böyük miqdarda nüvə silahı yaratmaq üçün kifayətdir.
Kim Çen In bu yaxınlarda Şimali Koreyanın yeni gizli silah əldə etdiyini açıqlamışdı.
26 Sentyabr 2025
25 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ